Bank Of Baku

Avropa Komissiyası Rusiyanı Avropadan təzə tərəvəzin idxalına qadağa qoymasına aydınlıq gətirməyə çağırıb

Avropa Komissiyası Rusiyanı Avropadan təzə tərəvəzin idxalına qadağa qoymasına aydınlıq gətirməyə çağırıb
# 02 iyun 2011 11:39 (UTC +04:00)
Bakı - APA-Economics. Avropa Komissiyası Rusiyanı bütün Avropa İttifaqı (Aİ) ölkələrindən təzə tərəvəzin idxalına müvəqqəti qadağa qoymasına aydınlıq gətirməyə çağırıb.

APA-Economics”in AFP-yə istinadən xəbərinə görə, komissiya Rusiya İstehlakçıların Hüquqlarının Müdafiəsinə Nəzarət üzrə Federal Xidmətinin (“Rospotrebnadzor”) müvafiq qərarını disproporsional adlandırıb.

Qeyd edək ki, “Rospotrebnadzor” mayın 30-da Almaniya və İspaniyadan, iyunun 2-də isə bütün Aİ ölkələrindən təzə tərəvəzin idxalına müvəqqəti qadağa qoyub. Artıq bununla bağlı Federal Gömrük Xidmətinə müvafiq məktub göndərilib. Bu ölkələrdən idxal olunmuş təzə tərəvəzlər bütün Rusiya ərazisində satışdan çıxarılacaq. Buna səbəb Aİ ölkələrində bağırsaq infeksiyasının yayılmasıdır. Almaniyada İspaniyadan idxal olunmuş xiyardan zəhərlənib ölənlərin sayı, bəzi məlumatlara görə, 2 nəfərdən 12 nəfərə qədər dəyişir. Çexiya, Avstriya və İsveçrədən də oxşar simptomlarla zəhərlənməyə dair xəbərlər gəlir.

Rusiyanın bu qərarının Avropaya nə qədər ziyan vura biləcəyi hələlik məlum deyil. Hər il Aİ ölkələrindən Rusiyaya 3-4 mlrd. dollar həcmində tərəvəz ixrac olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR