Bank Of Baku

Azərbaycanda yeddi ildə kənd təsərrüfatının ümumi məhsulu hər il orta hesabla 3,7% artıb

Azərbaycanda yeddi ildə kənd təsərrüfatının ümumi məhsulu hər il orta hesabla 3,7% artıb
# 02 iyun 2011 14:10 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycanda 2003-2010-cu illərdə kənd təsərrüfatının ümumi məhsulu real ifadədə hər il orta hesabla 3,7% artıb.

«APA-Economics»in məlumatına görə, bu barədə Azərbaycan prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin hazırladığı «2003-2011-ci illərdə Azərbaycanın sosial-iqtisadi inkişafı» hesabatında bildirilib.

Hesabatda qeyd olunub ki, əgər 2003-cü ildə Azərbaycanda kənd təsərrüfatının ümumi məhsulu faktiki qiymətlərlə 1 366,5 mln. manat təşkil edirdisə, 2010-cu ildə bu göstərici 2,8 dəfə artaraq 3 877,4 mln. manata çatıb.

«Ərzaq təhlükəsizliyinin milli səviyyədə gücləndirilməsi baxımından qeyd etmək olar ki, hazırda kartof, tərəvəz, bostan məhsulları, meyvə və giləmeyvə, süd, mal və qoyun əti, şəkər, meyvə şirələri və digər əsas ərzaq məhsulları ilə Azərbaycan özünü tam təmin edir» - deyə sənəddə bildirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR