Bank Of Baku

Mayda Azərbaycanda bitkiçilik və heyvandarlıq məhsullarının istehsalçı qiymətləri 0,6% ucuzlaşıb

Mayda Azərbaycanda bitkiçilik və heyvandarlıq məhsullarının istehsalçı qiymətləri 0,6% ucuzlaşıb
# 06 iyun 2011 10:22 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin may ayında Azərbaycanda bitkiçilik və heyvandarlıq məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 0,6% ucuzlaşıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, birillik bitkilərdən pomidorun istehsalçı qiymətləri 2,4%, xiyarın 0,1%, kələmin 0,4%, qırmızı turpun 0,2%, göyərtilərin 1,3%, göy soğanın 1,4%, quru otun 4,7%, yoncanın istehsalçı qiymətləri 4,1% ucuzlaşıb: «Ucuzlaşma ilə yanaşı ay ərzində qarğıdalının istehsalçı qiymətləri 6,6%, payızlıq arpa dəninin 3,1%, baş soğan və kartofun 0,1%, qabıqdan çıxarılmış, qurudulmuş paxlalı tərəvəzlərin istehsalçı qiymətləri isə 4,9% bahalaşıb. Çoxillik bitkilərdən armud və almanın istehsalçı qiymətləri müvafiq olaraq 0,4% və 4,4% bahalaşıb, limonun istehsalçı qiymətləri 1%, fındığın 0,7%, qozun 0,9%, nanə yarpaqlarının istehsalçı qiymətləri 18,6% ucuzlaşıb».

Eyni zamanda, hesabat ayında diri heyvanlar və heyvandarlıq məhsullarından iri-buynuzlu mal-qaranın istehsalçı qiymətləri 0,2%, camışın 1,3%, bir yaşadək quzunun 0,8%, diri ev quşlarının 10%, toyuq yumurtalarının istehsalçı qiymətləri 9,8% ucuzlaşıb, ana qoyunun istehsalçı qiymətləri 0,3%, 1 yaşdan 2 yaşadək olan erkək dananın 0,8%, inək və camış südünün istehsalçı qiymətləri isə müvafiq olaraq 0,3% və 0,2% bahalaşıb.

«May ayı ərzində meşə təsərrüfatı məhsullarından yanacaq oduncağının istehsalçı qiymətlərində 0,1% ucuzlaşma, balıq və sair balıqçılıq məhsullarından isə diri balığın istehsalçı qiymətlərində 8,9% bahalaşma müşahidə olunub», - deyə Komitədən bildirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR