Bank Of Baku

Dünya bazarında yunun qiyməti tarixi maksimuma çatıb

Dünya bazarında yunun qiyməti tarixi maksimuma çatıb
# 06 iyun 2011 12:35 (UTC +04:00)
Bakı - APA-Economics. Ötən bir il ərzində dünya bazarında yunun qiyməti iki dəfə artaraq tarixi maksimuma çatıb.

APA-Economics”in “The Financial Times”a istinadən xəbərinə görə, bu ilin iyun ayının əvvəlinə ən böyük yun istehsalçısı olan Avstraliyada yunun 1 kq-nın qiyməti 14,85 dollara yüksəlib.

Əlverişsiz hava şəraiti üzündən yunun qiyməti son 85 ildə ən yüksək həddə çatıb, yuna olan tələbat isə dayanmadan artır. Bu səbəbdən ilin sonunadək yun kostyumların qiymətinin 10% artacağı gözlənilir.

Avstraliya Yun İstehlakçıları Assosiasiyasından (Australian Wool Innovation) bildirilib ki, 2009-2010-cu illərdə ölkədə 73 mln. qoyun qırxılıb ki, nəticədə 340 mln. kq yun əldə olunub. Avstraliya dünya üzrə yunun 21%-ni istehsal edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR