Bank Of Baku

Səudiyyə Ərəbistanı da Avropadan tərəvəz idxalına qadağa qoyub

Səudiyyə Ərəbistanı da Avropadan tərəvəz idxalına qadağa qoyub
# 07 iyun 2011 13:00 (UTC +04:00)
Bakı - APA-Economics. Səudiyyə Ərəbistanı da Avropadan tərəvəz idxalına qadağa qoyub. “APA-Economics”in “Al Jazeera”ya istinadən xəbərinə görə, bu barədə krallığın kənd təsərrüfatı naziri Fəhd bin Əbdürrəhman Balqanem açıqlama verib.

Onun sözlərinə görə, qadağa tərəvəzdəki infeksiyaların dəqiq səbəbi bilinənə qədər qüvvədə olacaq.

Ekspertlərin fikrincə, tərəvəz idxalına qadağa Səudiyyə Ərəbistanında o qədər də hiss olunmayacaq. Çünki krallıq tərəvəzi əsasən Asiya və Afrika ölkələrindən idxal edir.

Qeyd edək ki, indiyədək Qətər, Livan və Rusiya Avropa İttifaqı ölkələrindən tərəvəz idxalını dayandırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR