Bank Of Baku

İtaliya dünyanın ən böyük şərab istehsalçısı adını geri qaytarıb

İtaliya dünyanın ən böyük şərab istehsalçısı adını geri qaytarıb
# 13 iyun 2011 12:05 (UTC +04:00)
Bakı - APA-Economics. İtaliya 2007-ci ildə Fransanın xeyrinə əldən verdiyi dünyanın ən böyük şərab istehsalçısı adını geri qaytarıb.

APA-Economics”in “The Daily Telegraph”a istinadən xəbərinə görə, bu barədə Avropa Komissiyasının və İtaliyanın “Coldiretti” kənd təsərrüfatı təşkilatının açıqlamasında bildirilir.

Ötən il İtaliya 4,96 mlrd. litr, Fransa isə 4,62 mlrd. litr şərab istehsal edib. Fransada şərab istehsalı azaldığı bir vaxtda İtaliya bir il əvvəlki göstəricisini qoruyub saxlamağa müvəffəq olub. Üstəlik, İtaliyada prosekko (şampan) istehsalı 420 mln. litrə çatdığı halda, Fransa cəmi 400 mln. litr şampan istehsal edib.

Qeyd edək ki, İtaliya şərab istehsalının həcminə görə Fransanı sonuncu dəfə 1998 və 2008-ci illərdə qabaqlaya bilib. Avropada şərab istehsalına görə üçüncülük İspaniyaya məxsusdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR