Bank Of Baku

Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalı 5% artıb

Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalı 5% artıb
# 15 iyun 2011 08:48 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu ilin yanvar-may ayları ərzində Azərbaycanda istehsal olunan kənd təsərrüfatı məhsullarının həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 5,3% artıb. Bu barədə «APA-Economics»ə Dövlət Statistika Komitəsindən bildirilib.

İyunun 1-dək Azərbaycanda 376,3 min hektar sahədə yazlıq bitkilərin səpini aparılıb, o cümlədən 28,3 min hektar sahədə dənli və dənli paxlalılar, 31,9 min hektar sahədə dən üçün qarğıdalı, 64 min hektar sahədə kartof, 77,3 min hektar sahədə tərəvəz, 41,9 min hektar sahədə pambıq, 31 min hektar sahədə bostan bitkiləri, 7,2 min hektar sahədə şəkər çuğunduru, 10,2 min hektar sahədə dən üçün günəbaxan, 1 339 hektar sahədə tütün əkilib.

Bununla yanaşı, iyun ayının 1-nə kimi tarlalardan 196 ton taxıl, 48,7 min ton kartof, 65,1 min ton tərəvəz, 4,8 min ton meyvə və giləmeyvə, 276 ton yaşıl çay yarpağı toplanıb.

İlin əvvəlindən ötən müddət ərzində 167,5 min ton diri çəkidə ət, 652,5 min ton süd, 441,2 mln. ədəd yumurta, 12 min ton yun istehsal olunub. 2010-cu ilin müvafiq dövrünə nisbətən ət istehsalı 5,6%, süd istehsalı 8,4%, yun istehsalı 11,8% artıb, yumurta istehsalı isə 13,3% azalıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR