Bank Of Baku

Azərbaycan parlamentinin Aqrar siyasət komitəsinin iclası keçirilib

Azərbaycan parlamentinin Aqrar siyasət komitəsinin iclası keçirilib
# 16 iyun 2011 12:27 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA. Bu gün Milli Məclisin Aqrar siyasət komitəsinin iclası keçirilib. Parlamentin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iclasda Avropa Landşaft Konvensiyasının təsdiq edilməsi haqqında qanun layihəsi müzakirə olunub.

Komitə sədri Eldar İbrahimov bildirib ki, sənəd parlamentə prezident İlham Əliyev tərəfindən təqdim olunub. Konvensiya 2000-ci il oktyabrın 20-də Florensiya şəhərində imzalanıb, 4 fəsil, 18 maddədən ibarətdir. Sənəd landşaftın mühafizəsi, idarə olunması, planlaşdırılması və bu məsələlər üzrə Avropada əməkdaşlığı təmin etmək məqsədi daşıyır.

Müzakirələr zamanı bildirilib ki, bu sənəd Azərbaycanın işğal altında olan torpaqlarında landşaftın, təbii və mədəni irsin qorunması baxımından hüquqi baza yaradır.

İclasın sonunda sənəd Milli Məclisin plenar iclasına tövsiyə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR