Bank Of Baku

Azərbaycanda havaların yağmurlu keçməsi ilə əlaqədar 39 min hektar əkin sahəsinə ziyan dəyib

Azərbaycanda havaların yağmurlu keçməsi ilə əlaqədar 39 min hektar əkin sahəsinə ziyan dəyib
# 17 iyun 2011 07:45 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA-Economics. Azərbaycanda havaların yağmurlu keçməsi ilə əlaqədar 39 min hektar əkin sahəsinə ziyan dəyib. “APA-Economics”in xəbərinə görə, bu barədə kənd təsərrüfatı nazirinin müavini Bəhram Əliyev bildirib.

Onun sözlərinə görə, ziyan dəymiş sahələrin 115 min hektarı meyvə bağlarıdır, 600 hektardan artığı üzüm bağları, 700-800 hektarı tərəvəz və bostan sahələri, 22,4 min hektarı taxıl sahələridir.

B.Əliyev qeyd edib ki, rəqəmləri dəqiqləşdirmək üçün Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları Fövqəladə Hallar Nazirliyinin müvafiq orqanları ilə birlikdə bölgələrə ezam olunublar: “Artıq dəymiş ziyanın aradan qaldırılması üçün tədbirlərin həyata keçirilməsinə başlanıb. Azərbaycanın kənd təsərrüfatı iqlimdən asılıdır. İqlim yaxşı olsa, məhsuldarlıq da yaxşı olacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR