Bank Of Baku

Bu il Azərbaycanda taxıl istehsalının 25% artacağı gözlənilir

Bu il Azərbaycanda taxıl istehsalının 25% artacağı gözlənilir
# 17 iyun 2011 08:25 (UTC +04:00)
APA-Economics”in xəbərinə görə, bu barədə kənd təsərrüfatı nazirinin müavini Bəhram Əliyev bildirib.

Onun sözlərinə görə, havalar yaxşı keçsə, bu il ölkədə 2,5 mln. ton taxıl tədarükü mümkün olacaq: “Bunun 1,7 mln. tonu buğda, qalanı arpa olacaq”. Bu isə 2010-cu ilin yekunu ilə müqayisədə təxminən 25% çoxdur.

Xatırladaq ki, ötən il qarğıdalı da daxil olmaqla ölkədə 966,7 min hektar sahədən, hər hektardan orta hesabla 20,7 sentner olmaqla, ilkin çəkidə 2,001 mln. ton taxıl məhsulu toplanıb və 2009-cu ilə nisbətən əkin sahəsinin və məhsuldarlığın azalması nəticəsində 33% azalıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR