Bank Of Baku

Kənd təsərrüfatı nazirinin müavini: “Azərbaycanda üzüm bağlarının sayı artırılacaq”

Kənd təsərrüfatı nazirinin müavini: “Azərbaycanda üzüm bağlarının sayı artırılacaq”
# 17 iyun 2011 08:40 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA-Economics. Azərbaycanda üzümçülüyün inkişaf etdirilməsi üçün İqtisadi İnkişaf və Kənd Təsərrüfatı nazirlikləri tərəfindən konkret layihələr həyata keçirilir. “APA-Economics”in xəbərinə görə, bu barədə kənd təsərrüfatı nazirinin müavini Bəhram Əliyev bildirib.

Onun sözlərinə görə, ölkədə üzüm bağlarının sayı artırılacaq: “Üzüm bağlarının artırılması tədricən həyata keçirilməlidir. Bütün sahələri üzümlə bağlamaq olmaz. Çünki burada növbəli əkin sistemi var”.

B.Əliyev qeyd edib ki, ötən il ölkədə 129 min ton üzüm tədarük edilib: “Sovet dövründə bu rəqəm 2 mln. tona yaxın olub. Yeni üzüm bağları salmaq üçün yeni sortlar yetişdirilir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR