Bank Of Baku

Cənub bölgəsində sitrus və arıçılıq təsərrüfatlarında məhsuldarlıq azala bilər

Cənub bölgəsində sitrus və arıçılıq təsərrüfatlarında məhsuldarlıq azala bilər
# 20 iyun 2011 09:46 (UTC +04:00)
Lənkəran-Astara. Ağəddin Babayev - APA. Bu il Azərbaycanın cənub bölgəsinin sitrus və arıçılıq təsərrüfatlarında məhsuldarlıq əvvəlki illərlə müqayisədə fərqli dərəcədə azala bilər.

Lənkəran rayonunun Şovu bələdiyyəsinin sədri Kamal Hüseynovun APA-nın Cənub bürosuna verdiyi məlumata görə, son iki ayda yağan intensiv şiddətli yağışlar ağaclarda gül-çiçəyin tökülməsinə, nəticə etibarilə arıların əsas qida mənbəyindən məhrum olmasına gətirib çıxarıb: “İlin bu çağlarında biz arı pətəklərini dağların döşündəki yaşıllıqlarda, ağacların altında qoyardıq. Amma güclü yağışlar, dolu ağaclarda, çəmənliklərdə çiçəkləri qırıb məhv etdiyindən arılar indi yemsiz qalıb. Bu isə çox güman ki, məhsuldarlığa güclü təsir edəcək”.

Mövcud vəziyyət sitrusçuluqdan da yan keçməyib. Astara rayonunun Pensər kənd sakini Yunis Qulamovun sözlərinə görə, builki qeyri-sabit hava şəraiti nəticəsində sitrus bağlarında məhsuldarlıq yarıbayarı azala bilər: “Şiddətli yağışlar, dolu ağacların çiçəklərini tamam məhv edib və indi ağaclar demək olar ki, barsız qalıb. Məhsuldarlığın aşağı düşməsi isə bazarda sitrus meyvələrinin qiymətinin qalxması ilə nəticələnə bilər”.

Lənkəran Dövlət Universitetinin kafedra müdiri, kənd təsərrüfatı elmləri doktoru, professor Fərman Quliyev isə APA-nın yerli bürosuna açıqlamasında təbii fəlakətdən əsasən limonun ziyan çəkə biləcəyini qeyd edib: “Amma bu da təşviş üçün heç bir səbəb ola bilməz. Limon il boyu çiçəklənir, naringi və portağal isə hələ bundan sonra çiçək açmağa başlayacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR