Bank Of Baku

Bakıda bitki karantini üzrə beynəlxalq konfrans keçiriləcək

Bakıda bitki karantini üzrə beynəlxalq konfrans keçiriləcək
# 20 iyun 2011 13:00 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. İyunun 21-24-də Bakıda Bitki karantini və mühafizəsi üzrə Avropa və Aralıq Dənizi Təşkilatının (EPPO) 49-cu konfransı keçiriləcək.

Kənd Təsərrüfatı Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, konfransa 21 ölkədən (Almaniya, İngiltərə, Fransa, Avstriya, Belçika, İsveçrə, Rusiya, Qazaxıstan, Özbəkistan, Ukrayna və s.) 31 nümayəndə qatılacaq.

Tədbirdə EPPO-nun baş direktoru Arnitis Rinqolds, Avropa Komissiyasının nümayəndəsi Arijs Harri, 3 beynəlxalq ekspert iştirak edəcək. Tədbirin Bakıda keçirilməsi Azərbaycanla beynəlxalq nüfuzlu təşkilatlar arasında fitosanitar sahəsində əməkdaşlığın inkişafına müsbət təsir edəcək.

Qeyd edək ki, Azərbaycan 2007-ci ildən EPPO-nun üzvüdür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR