Bank Of Baku

Bakıda bitki karantini və mühafizəsi üzrə beynəlxalq konfrans keçirilir

Bakıda bitki karantini və mühafizəsi üzrə beynəlxalq konfrans keçirilir
# 21 iyun 2011 08:20 (UTC +04:00)
«APA-ECONOMICS»in məlumatına görə, üç gün davam edəcək konfransa 21 ölkədən (Almaniya, İngiltərə, Fransa, Avstriya, Belçika, İsveçrə, Rusiya, Qazaxıstan, Özbəkistan, Ukrayna və s.) 31 nümayəndə qatılıb.

Tədbirdə EPPO-nun baş direktoru Arnitis Ringolds, Avropa Komissiyasının nümayəndəsi Arijs Harri, 3 beynəlxalq ekspert iştirak edir. Konfransın gündəliyinə bitki karantini və mühafizəsi sahəsində qəbul edilmiş standartların müzakirəsi, EPPO-ya üzv olan ölkələrin karantin zərərli orqanizmlərinin siyahısının təkmilləşdirilməsi, əkin və səpin materiallarının risk analizlərinin aparılması, fövqəladə vəziyyətlərin aradan qaldırılması, lokallaşdırılması və planlaşdırılması, MDB və Şərq ölkələrində fitosanitar nəzarət və nümunələrin seçilməsi, meşə təsərrüfatında fitosanitar standartların tətbiqi, bitki karantini və mühafizəsi sahəsində hazırlanan yeni standartlar və digər məsələlərin müzakirəsi daxildir.

Tədbiri Azərbaycanın kənd təsərrüfatı naziri ismət Abasov açıq elan edib. onun sözlərinə görə, konfransın Bakıda keçirilməsi Azərbaycanla beynəlxalq nüfuzlu təşkilatlar arasında fitosanitar sahəsində əməkdaşlığın inkişafına müsbət təsir edəcək.

Qeyd edək ki, Azərbaycan 2007-ci ildən EPPO-nun üzvüdür. Təşkilatın 21-22 sentyabr 2010-cu ildə Paris (Fransa) şəhərində keçirilmiş payız sessiyasında ölkəmiz EPPO-nun İcraiyyə Komitəsinə üzv seçilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR