Bank Of Baku

Nazir: “Azərbaycan fermerləri gübrəyə olan tələbatın 10%-ni də istifadə etmirlər”

Nazir: “Azərbaycan fermerləri gübrəyə olan tələbatın 10%-ni də istifadə etmirlər”
# 21 iyun 2011 10:32 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Azərbaycan fermerləri gübrədən və aqrotexniki tədbirlərdən lazımınca istifadə etmirlər. «APA-Economics»in məlumatına görə, bu barədə kənd təsərrüfatı naziri İsmət Abasov bildirib.

«Azərbaycan fermerləri gübrədən az istifadə edirlər. Ölkədə gübrəyə olan tələbatın 10%-i də istifadə olunmur» - deyə nazir qeyd edib.

Onun sözlərinə görə, bu bir tərəfdən yaxşıdır: «Biz deyə bilərik ki, bizim məhsullarımız ekoloji təmiz məhsullardır. Amma gübrədən istifadə etməmək digər tərəfdən məhsuldarlığa mənfi təsir göstərir».

İ.Abasov yağışlar nəticəsində bəzi bölgələrdə bostan məhsullarında xəstəliklərin yarandığını da bildirib: “Bu xəstəliklər nəticəsində sahələrdə məhsulların çürüməsi baş verib”.

Nazir fermerləri lazımi aqrotexniki tədbirləri vaxtında həyata keçirməyə çağırıb: «Yəni lazım olan gübrələrdən, pestisidlərdən, herbisidlərdən vaxtında istifadə etmək lazımdır. Bundan başqa, hər hansı bölgədə xəstəlik hiss olunsa, bu barədə dərhal rayon Bitki Mühafizəsi Xidmətinə məlumat verilməlidir ki, məhsul zay olmasın».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR