Bank Of Baku

Azərbaycanda bostan bitkilərinin tərkibinin yoxlanmasına başlanıb

Azərbaycanda bostan bitkilərinin tərkibinin yoxlanmasına başlanıb
# 21 iyun 2011 11:11 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Kənd Təsərrüfatı Nazirliyi yanında Fitosanitar Xidməti ölkədə bostan məhsullarının, o cümlədən qarpız və yemişin tərkibinin yoxlanmasına başlayıb. “APA-Economics”in məlumatına görə, bu barədə xidmətin rəhbəri Məmmədəli Dünyamalıyev bildirib.

Onun sözlərinə görə, yoxlamalar zamanı bu məhsulların tərkibindəki kimyəvi maddələrin Səhiyyə Nazirliyinin normalarına cavab verməsi araşdırılır: «Məsələn, normalara əsasən qarpızın tərkibində 250 milliqramdan artıq nitrat olmamalıdır, əks halda, məhsul istifadəyə yararsızdır».

Yoxlamalar həm birbaşa bostan sahələrində, həm də bu məhsulların satış mərkəzlərində aparılır. Bu işdə xidmətin mikroavtobuslarda quraşdırılmış mini-laboratoriyalarından istifadə olunur. Yoxlamalar ənənəvi olaraq bostan bitkilərinin çox olduğu Sabirabad, Saatlı, Ağsu rayonlarında aparılır.

İndiyədək aparılan yoxlamalarda bəzi məhsulların tələblərə cavab vermədiyi aşkarlanıb. Pozuntu aşkar olunan məhsullar satışdan çıxarılıb, bununla bağlı cərimələnən fermerlər də var. Oxşar yoxlamalar ölkənin sərhədlərində - Azərbaycana gətirilən və burdan ixrac olunan məhsullarda da aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR