Bank Of Baku

Nazir: “Bu il Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalında artımı gözlənilir”

Nazir: “Bu il Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalında artımı gözlənilir”
# 21 iyun 2011 11:29 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bu barədə kənd təsərrüfatı naziri İsmət Abasov bildirib.

«Proqnozlar deməyə əsas verir ki, bu il bütün növ kənd təsərrüfatı məhsullarını istehsalında artım olacaq. Bu il həm bostan məhsullarında, həm meyvə-tərəvəz istehsalında kifayət qədər artım olacaq» - deyə nazir qeyd edib.

Nazirlik pambıq istehsalında da artım gözləyir: «Pambıqçılıq sahəsində bu il ötən ilə nisbətən 70% artıq əkin aparılıb. Əkin sahəsi artıbsa, istehsal da artacaq».

İ.Abasovun sözlərinə görə, ilk 5 ayda kənd təsərrüfatı məhsullarının istehsalı 5,3% artıb, heyvandarlıq məhsullarının istehsalında da artım 5%-dən yuxarıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR