Bank Of Baku

Şəkərin qiyməti iki aylıq maksimuma çatıb

Şəkərin qiyməti iki aylıq maksimuma çatıb
# 21 iyun 2011 12:08 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Dünya bazarında şəkərin qiyməti son iki ayda maksimum həddə çatıb. “APA-Economics”in xəbərinə görə, bahalaşmanın səbəbi Braziliyadan yük göndərilməsinin ləngiməsidir.

Nyu-York əmtəə birjasında oktyabr ayı üzrə müqavilələrdə şəkərin qiyməti 0,18 sent (0,7%) bahalaşaraq 1 funt (440 qram) üçün 25,56 sentə çatıb. Bu, aprelin 13-dən indiyədək şəkərin ən yüksək qiymətidir. Ötən həftə isə birjada şəkər 3,4% bahalaşıb. Ümumilikdə ötən il şəkərin qiyməti 63% artıb.

Bahalaşmanın səbəbi Braziliyadan dünya bazarlarına şəkər göndərilməsini ləngiməsidir. Hazırda bu ölkə dünyanın şəkər bazarında əsas ixracatçıdır.

Son məlumatlara görə, Braziliya limanlarında şəkər ixracının ləngiməsi hələ 20-30 gün davam edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR