Bank Of Baku

Azərbaycan siqaret istehsalını azaldıb

Azərbaycan siqaret istehsalını azaldıb
# 22 iyun 2011 14:20 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-may ayları ərzində Azərbaycanda istehsal edilmiş papiros və siqaretlərin həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 7% azalıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, əgər ötən ilin ilk 5 ayı ərzində Azərbaycanda 842,9 mln. ədəd papiros və siqaret istehsal edilmişdirsə, bu ilin eyni dövründə sözügedən tütün məmulatlarının sayı 58,2 min ədəd və ya 7% azalaraq 784,7 mln. ədədə çatıb.

Eyni zamanda, hesabat dövründə ölkədə 1 245,4 ton fermentləşdirilmiş tütün istehsal edilib ki, bu da ötən ilin yanvar-may aylarına nisbətən 72,7% çoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR