Bank Of Baku

Azərbaycanın Göyçay rayonunda mal-qara arasında kütləvi zəhərlənmə baş verib

Azərbaycanın Göyçay rayonunda mal-qara arasında kütləvi zəhərlənmə baş verib
# 25 iyun 2011 08:58 (UTC +04:00)
APA-nın Şirvan bürosunun xəbərinə görə, rayonun Şəkər kənd sakinlərinə məxsus mal-qara bu gün örüş yerində olan zaman zəhərlənərək tələf olub.

Kənd sakinlərinə məxsus 15 baş inək və camış zəhərlənərək ölümcül vəziyyətə düşüb, üç inək isə ölüb. Hadisə yerində olan rayon baytarlıq idarəsinin və zona baytarlıq laboratoriyasının həkimləri heyvanları müayinə edib. Onlardan götürülən qan nümunələri laboratoriyada analiz ediləcək.

Mal-qaranın otdan zəhərləndiyi ehtimal olunur. Yerli əhali isə kəndin mal-qarası üçün nəzərdə tutulan örüş yerini zəbt edərək istifadə edən şəxs tərəfindən həmin əraziyə kimyəvi dərmanın töküldüyünü iddia edir. Hər iki məsələ araşdırılır. Hazırda Göyçay rayon İcra Hakimiyyətinin və hüquq-mühafizə orqanlarının əməkdaşları da hadisə yerindədir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR