Bank Of Baku

Bu yay kənd təsərrüfatı məhsulları sahələrdə səyyar laboratoriya vasitəsilə yoxlanılacaq

Bu yay kənd təsərrüfatı məhsulları sahələrdə səyyar laboratoriya vasitəsilə yoxlanılacaq
# 30 iyun 2011 09:56 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Bu il ilk dəfə olaraq Azərbaycanda kənd təsərrüfatı məhsullarının səyyar laboratoriya vasitəsilə yerində yoxlanılması mümkün olacaq. Bu haqda APA-ya Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin Respublika Nəzarət Toksikologiya Laboratoriyasının rəhbəri Yaqub İbrahimov məlumat verib. O bildirib ki, hazırda bu məqsədlə Almaniyadan gətirilən xüsusi maşının içərisində laboratoriyanın quraşdırılması prosesi həyata keçirilir: “Laboratoriyanın quraşdırılması bir ayadək başa çatdırılacaq. Onun bu yay istifadəyə verilməsi nəzərdə tutulur. Əsas məqsədimiz bostan bitkilərini və ümumiyyətlə, bütün kənd təsərrüfatı məhsullarını sahədə, yerindəcə yoxlamaqdır”.

Y. İbrahimov qeyd edib ki, yayda bölgələrdə qarpız və yemişlərdən, ümumiyyətlə, kənd təsərrüfatı məhsullarından götürülən nümunələrin laboratoriyada analizlərinin cavabları bir gün ərzində bilinəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR