Bank Of Baku

Rusiya taxıl ixracına qoyduğu qadağanı aradan qaldırıb

Rusiya taxıl ixracına qoyduğu qadağanı aradan qaldırıb
# 01 iyul 2011 13:13 (UTC +04:00)
APA-Economics”in xəbərinə görə, Rusiya hökumətinin 15 avqust 2010-cu ildə taxıl ixracına qoyduğu qadağanın müddəti dünən - iyunun 30-da başa çatıb.

Qeyd edək ki, ötən ilin yayında baş verən quraqlıq nəticəsində Rusiyada taxılın istehsalı kəskin azalıb və bir il əvvəlki 50,3 mln. ton səviyyəsindən 33,7 mln. tona enib. Bu səbəbdən Rusiya hökuməti taxıl ixracına embarqo qoymaq məcburiyyətində qalıb. Qadağanın müddəti əvvəlcə 2010-cu ilin sonunda bitməli idi. Lakin ötən ilin oktyabr ayında qadağanın müddəti 2011-ci il iyul ayının 1-dək uzadılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR