Bank Of Baku

Azərbaycan bu il taxıl istehsalını 25% artıracaq

Azərbaycan bu il taxıl istehsalını 25% artıracaq
# 04 iyul 2011 10:20 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bunu kənd təsərrüfatı nazirinin müavini Bəhram Əliyev bildirib.

Onun sözlərinə görə, iyun ayının əvvəlindən Azərbaycanda arpa biçininə başlanılıb: «Artıq 325 min hektar sahədə məhsul biçini başa çatıb, 752 min tondan artıq məhsul yığılıb».

İndiyədək taxıl sahələrində orta məhsuldarlıq 25 sentner/ha təşkil edib: «Fikrimcə, məhsul yığımının sonuna kimi 2,5 mln. tona yaxın məhsul yığılacaq».

Nazir müavini bu il ölkədə çörək istehsalı ilə bağlı problemin olmayacağını bildirib: «Çörək istehsalı kifayət qədər var və olacaq. Orta məhsuldarlıq ötən ilə nisbətən 3 sentner artıb».

Xatırladaq ki, ötən il Azərbaycanda taxıl istehsalı təxminən 2 mln. ton təşkil edib və bu, bu ilki proqnozdan 25% azdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR