Bank Of Baku

FAO: Azərbaycan məhsullarının xaricə çıxarılması üçün müəyyən işlər görülməlidir

FAO: Azərbaycan məhsullarının xaricə çıxarılması üçün müəyyən işlər görülməlidir
# 04 iyul 2011 11:11 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bu barədə FAO-nun nümayəndəsi Olivio Argenti bildirib: «Yay mövsümü olmasına baxmayaraq, mən satılan meyvə tərəvəzlərə baxanda görürəm ki, onların keyfiyyəti o qədər də yaxşı səviyyədə deyil və çeşidi çox məhduddur».

FAO nümayəndəsi qeyd edib ki, Azərbaycanın kənd təsərrüfatı məhsullarının bir hissəsini xarici bazarlara çıxarmaq mümkündür: «Bəzi məhsulların xaricə çıxarılması üçün müəyyən işlər görülməlidir. Bunun üçün həmin məhsullar beynəlxalq standartlara cavab verməli və təchizat sistemi qurulmalıdır». Ümumiyyətlə isə onun sözlərinə görə, beynəlxalq bazara çıxmaq üçün əvvəlcə daxili bazarın tələbatını təmin etmək lazımdır: «Bunun üçün ölkədə kənd təsərrüfatı məhsulları ilə təchizat sxemi qurulmalı, nəqletmə və qablaşdırma işləri təkmilləşdirilməlidir».

Bundan başqa, FAO rəsmisinin sözlərinə görə, ölkədə kənd təsərrüfatının inkişafı və məhsulların xarici bazarlara çıxarılması üçün bir sıra marketinq addımları atılmalıdır. Məsələn, topdansatış bazarında olan qiymətlər barədə məlumat dərgisi hazırlanmalıdır: «Bu ona görə lazımdır ki, fermerlər bazardakı qiymətlərdən xəbərdar olsunlar». Bu işlərin əsasən özəl sektora aid olduğunu bildirən S.Argenti bildirib ki, bununla yanaşı, məsələlər müvafiq orqanlar tərəfindən tənzimlənməli və problemlərə diqqətlə yanaşılmalıdır: «Bundan həm istehsalçı, həm də istehlakçı razı qalar».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR