Bank Of Baku

Nazir: “Bu il Azərbaycanda 2,5 mln. ton taxıl istehsal olunacaq”

Nazir: “Bu il Azərbaycanda 2,5 mln. ton taxıl istehsal olunacaq”
# 05 iyul 2011 08:55 (UTC +04:00)
Bunu “APA-Economics”ə açıqlamasında kənd təsərrüfatı naziri İsmət Abasov deyib.

O bildirib ki, hazırda ölkədə əsasən arpa yığımı aparılır: “Bir sıra yerlərdə, o cümlədən Aran rayonlarında buğda yığımı da başlayıb”.

İ.Abasov 2011-ci ildə taxıl üzrə məhsuldarlığın keçən ilə nisbətən artıq olacağını bildirib: “Artım 500 min ton olacaq”.

Qeyd edək ki, cari il üçün Azərbaycanda 945 min hektar sahədə taxıl məhsulları əkilib. Bunun da 660 min hektarı ərzaq buğdasıdır. Ötən il ölkədə təxminən 2 mln. tona yaxın taxıl istehsal olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR