Bank Of Baku

Azərbaycanda qarpız və yemiş üzrə məhsuldarlıq yüksək həddə çatıb, təklif tələbi üstələyib

Azərbaycanda qarpız və yemiş üzrə məhsuldarlıq yüksək həddə çatıb, təklif tələbi üstələyib
# 11 iyul 2011 12:33 (UTC +04:00)
Bu barədə APA-nın Mil-Muğan bürosuna Sabirabad, Saatlı və İmişli kənd sakinləri məlumat verib.

Onların dediyinə görə, orta hesabla hər bir təsərrüfat subyekti 80-100 tona yaxın məhsul əldə edib. Alıcıları qiymətlər qane etsə də, məhsulu becərən kəndliləri qiymətlər qane etmir. Bazarda bu bostan məhsullarının satış qiymətləri daşınmaya, əkilib-becərməyə və gübrəyə çəkilən xərcləri ödəmir.

Hazırda rayon bazarlarında qarpızın qiyməti 10-15 qəpik, yemiş isə 15-20 qəpiyə satılır. Sahələrdə qarpız 3-5 qəpik, yemiş 10 qəpikdən aşağıdır. Mütəxəssislər isə bildirir ki, respublikada bu növ məhsullar üzrə emal sahələrinin olmaması qarpız və yemişə olan tələbatı əhalinin alıcılıq həddi ilə məhdudlaşdırır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR