Bank Of Baku

Ukrayna Avropadan tərəvəz idxalına qadağa qoyub

Ukrayna Avropadan tərəvəz idxalına qadağa qoyub
# 11 iyul 2011 15:19 (UTC +04:00)
Bakı - APA-Economics. Ukrayna Avropa İttifaqı ölkələrindən bəzi tərəvəz məhsullarının idxalına qadağa qoyub.

APA-Economics”in Ukrayna mətbuatına istinadən xəbərinə görə, bağırsaq çöpü infeksiyasına dair keçirilmiş təhqiqatın nəticələrini əks etdirən rəsmi şəhadətnaməsi olmayan məhsullar ölkəyə buraxılmayacaq.

İdxalı qadağan olunan məhsulların siyahısında kartof, pomidor, soğan, kələm, kök, xiyar, çuğundur və paxlalılar daxildir. Ukraynanın Aqrar Siyasət və Ərzaq Nazirliyi ilə Dövlət Karantin Müfəttişliyinin qərarına əsasən, təhqiqatın nəticələri barədə sənəd ixracatçı ölkənin səlahiyyətli qurumu tərəfindən verilməlidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR