Bank Of Baku

Kənd təsərrüfatı naziri Macarıstanın Azərbaycandakı səfirini qəbul edib

Kənd təsərrüfatı naziri Macarıstanın Azərbaycandakı səfirini qəbul edib
# 20 iyul 2011 15:55 (UTC +04:00)
Bakı - APA-Economics. Kənd təsərrüfatı naziri İsmət Abasov Macarıstanın Azərbaycandakı səfiri Joltom Çutoranı qəbul edib.

APA-Economics”in xəbərinə görə, nazir İsmət Abasov ölkələrimiz arasında kənd təsərrüfatı sahəsində ikitərəfli münasibətlərin uğurla və dinamik inkişaf etdiyini qeyd edib, Azərbaycanın Macarıstanla əməkdaşlığının genişlənməsində ölkəmizin maraqlı olduğunu nəzərə çatdırıb.

Nazir 2008-ci ildə Bakıda kənd təsərrüfatı sahəsində əməkdaşlığa dair imzalanmış sazişin iki ölkə arasında əlaqələrin daha da inkişafına təkan verəcəyini bildirib. O, iki ölkə arasında fitosanitar və baytarlıq sahəsində də əməkdaşlığın ərzaq təhlükəsizliyi baxımından əhəmiyyətli olacağına əminliyini qeyd edib.

Səfir Jolton Çutora kənd təsərrüfatı sahəsində iki ölkə arasında əməkdaşlığın bundan sonra da müvəffəqiyyətlə davam edəcəyini vurğulayıb.

Görüşdə kənd təsərrüfatı sahəsində əməkdaşlığın daha da genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR