Bank Of Baku

Xəzər dənizinə 2 mln. nərə cinsli balıq körpələri buraxılıb - FOTO

Xəzər dənizinə 2 mln. nərə cinsli balıq körpələri buraxılıb - <font color=red>FOTO</font>
# 22 iyul 2011 07:30 (UTC +04:00)
Bu barədə APA-nın Mil-Muğan bürosuna zavodun direktoru Zaur Salmanov məlumat verib.

Onun dediyinə görə, 2003-cü ildən istifadəyə verilən zavodun istehsal gücü 15 mln. nərə balığı körpəsi təşkil edir. İyul ayının əvvəlində 2,0 mln. nərə cinsli balıq körpələri (1,0-1,2 mq) yetişdirilərək Kür çayının mənsəbinə buraxılıb. Əvvəlcə alınmış sürfələr dairəvi hovuzlar sexində diametri 2 metr olan 252 sayda plastik hovuzlara yerləşdirilir. Sürfələr şərti körpə çəkisinə (100-150 mq) çatdıqdan sonra diametri 4 metr olan 196 ədəd dəmir-beton hovuzlara köçürülür.

Bundan başqa, zavodda təmir-törədici fondunu formalaşdırmaq məqsədilə 1000-ə yaxın süni yolla yetişdirilmiş balıq seçilərək fonda əlavə olunub. Müxtəlif növ və yaş qrupuna aid olan bu balıqların çəkisi 100 qr - 7 kq arasında dəyişir.

Zavodda balıqların yetişdirilməsi üçün bütün müasir avadanlıqlar, süni mayalanma üçün lazım olan vasitələr mövcuddur. Hər il zavod tərəfindən törədici balıqlar tədarük edilir. Zavodun əsas tərəfdaşları “Caspian Fish” və “Xəzərbalıq” MMC balıqovlama şirkətləridir.

Xatırladaq ki, Xəzər dənizi dünyada nərə balıq ehtiyatlarının 80%-nə malikdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR