Bank Of Baku

Azərbaycanda siqaret istehsalı azalıb

Azərbaycanda siqaret istehsalı azalıb
# 25 iyul 2011 13:31 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu ilin ilk yarısında Azərbaycanda istehsal edilmiş papiros və siqaretlərin həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 7% azalıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, əgər ötən ilin ilk 6 ayı ərzində Azərbaycanda 1 032,1 mln. ədəd papiros və siqaret istehsal edilmişdisə, bu ilin eyni dövründə sözügedən tütün məmulatlarının sayı 70,8 min ədəd və ya 7% azalaraq 961,3 mln. ədəd təşkil edib.

Eyni zamanda hesabat dövründə ölkədə 1 490,4 ton fermentləşdirilmiş tütün istehsal edilib ki, bu da ötən ilin yanvar-iyun aylarına nisbətən 77,7% çoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR