Bank Of Baku

Ekspert: Azərbaycan yeni texnologiyalar hesabına məhsuldarlığı iki dəfə artıra bilər

Ekspert: Azərbaycan yeni texnologiyalar hesabına məhsuldarlığı iki dəfə artıra bilər
# 04 avqust 2011 13:11 (UTC +04:00)
Bunu «APA-Economics»ə açıqlamasında «Azersun Holding»in müşaviri Savaş Gürpinar bildirib.

«Azersun»un hazırda ölkə ərazisində 5 min hektarda əkin işləri apardığını deyən müşavirin sözlərinə görə, burada şirkətin müəssisələrində xammal kimi istifadə olunan məhsullar, tərəvəz və s. istehsal edilir.

Şirkətin nümayəndəsi bildirib ki, Azərbaycanda işlənə biləcək torpaqlar kifayət qədərdir, amma onların işlənmə səviyyəsi hələlik aşağıdır. Müşavirin sözlərinə görə, müasir suvarma və becərmə texnologiyaları, gübrələrdən istifadə edilsə, bu torpaqlardan daha çox məhsul almaq mümkündür: «Məsələn Türkiyədəki torpaqlar bizdən daha səmərəli şəkildə istifadə olunur. Orada daha müasir suvarma sistemləri tətbiq olunur. Azərbaycan torpaqları da modernləşdirilsə, məhsuldarlıq 100% artacaq».

Şirkətin əkin sahələrində tamamilə üzvü texnologiyalara əsaslanan məhsullar istehsal olunur. Nümayəndələr bunun adi məhsullardan iki dəfə baha başa gəldiyini etiraf etsələr də, gələcəkdə tələbatın məhz bu məhsullara olacağını, eləcə də xarici bazarlara da hesablandığını bildirirlər. Şirkət nümayəndələrinin sözlərinə görə, hazırda belə məhsullar qonşu ölkələrə və Avropaya ixrac olunur. Amma Avropaya məsafə böyük olduğuna görə, şirkətin məhsulları bu bazarda ciddi qiymət rəqabəti ilə üzləşir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR