Bank Of Baku

Məhsul bolluğu ilə əlaqədar Qafqaz Konserv Zavodu 24 saatlıq iş rejiminə keçib

Məhsul bolluğu ilə əlaqədar Qafqaz Konserv Zavodu 24 saatlıq iş rejiminə keçib
# 06 avqust 2011 09:06 (UTC +04:00)
Bakı. – APA-Economics. Azərbaycanın Xaçmaz şəhərində fəaliyyət göstərən Qafqaz Konserv Zavodu şimal bölgəsində yetişdirilən meyvə-tərəvəzlərdən müxtəlif konserv məhsulları istehsalı mövsümü ilə əlaqədar 24 saatlıq iş rejiminə keçib. Bu barədə «APA-Economics»ə zavodun sahibi olan «Azərsun» Şirkətlər Qrupundan məlumat verilib.

Bölgədə meyvə və tərəvəzlərin məhsuldarlığını nəzərə alaraq, fermerlərdən toplanan məhsulların birbaşa istehsala göndərilməsi üçün zavod iş həcmini və iş növbəsini artırıb. Hazırda zavodda mürəbbə, tomat pastası, tərəvəz turşuları, kompot istehsal olunaraq bir aydan sonra satışa çıxarılır və bu da alıcıların bu ilin istehsalı olan konservlərdən istifadə etməsinə imkan yaradır. İstər alma mövsümündə, istərsə də pomidor və digər tərəvəz məhsulları mövsümündə fermerlərin əmək sərf edərək yetişdirdikləri məhsulları alan zavodda müxtəlif ət konservləri, tomat pastaları, mürəbbələr, tərəvəz yeməkləri, müxtəlif turşular və kompot çeşidləri istehsal olunur.

Qeyd edək ki, 2006-cı ildən fəaliyyət göstərən Qafqaz Konserv Zavodunda yüksək keyfiyyətli məhsul istehsalı üçün müasir laboratoriyalar, modern texnoloji avadanlıqlar quraşdırılıb. Zavodda əməyin mühafizəsinə və texniki təhlükəsizliyə ciddi riayət olunmaqla yanaşı, istehsal prosesinin gigiyenik olmasına ciddi nəzarət olunur. Tanınmış «Bizim tarla» markası ilə müxtəlif çeşidli məhsullar Qafqaz Konserv Zavodunda istehsal olunur.

Qafqaz Konserv Zavodu ISO standartları ilə fəaliyyət göstərir və Moskvada MDB İqtisadi Şurası tərəfindən təşkil olunmuş Beynəlxalq İqtisadi Forumda Müstəqil Dövlətlər Birliyinin ali keyfiyyət mükafatına layiq görülüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR