Bank Of Baku

Azərbaycan son bir ildə kənd təsərrüfatı istehsalını 10% artırıb

Azərbaycan son bir ildə kənd təsərrüfatı istehsalını 10% artırıb
# 15 avqust 2011 09:45 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanın aqrar bölməsində bu ilin avqustun 1-nə kimi payızlıq və yazlıq dənli və dənli paxlalı bitkilərin əkin sahəsinin 98,5%-i, yaxud 919,7 min hektarı biçilib və həmin sahələrdən 2 268,2 min ton məhsul götürülüb. Bu da ötən ilin analoji dövrü ilə müqayisədə 2,5 dəfə çoxdur.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə orta hesabla hər hektardan əldə edilmiş məhsul 4,8 sentner artaraq 24,7 sentner təşkil edib. Bundan əlavə, məhsulu toplanmış 4,5 min hektar qarğıdalı sahəsindən 14,9 min ton məhsul götürülüb.

Yığım başlanandan sahələrdən 503 min ton kartof (keçən ilin müvafiq dövrünə nisbətən 6,6% çox), 709,4 min ton tərəvəz (+8,5%), 144,8 min ton meyvə və giləmeyvə (+2,8%), 308 min ton bostan məhsulları (+25,6%), 1 168,8 ton tütün (+22,2%), 338,1 ton yaşıl çay yarpağı (-6,4%) toplanıb.

«Bu dövrdə 243,3 min ton, yaxud 2010-cu ilin yanvar-iyul aylarına nisbətən 5,5% çox diri çəkidə ət, 941,3 min ton süd (+8,4%), 14,6 min ton yun (+6,8%), 590,6 mln. ədəd yumurta (-16,8%) istehsal olunub. Beləliklə, keçən illə müqayisədə bitkiçilik məhsulları istehsalı 15,1%, heyvandarlıq məhsulları istehsalı 4,8%, kənd təsərrüfatının ümumi məhsulu isə 10,2% artıb», - deyə Komitədən bildirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR