Bank Of Baku

«Azersun»un Biləsuvardakı konserv zavodu fasiləsiz iş rejiminə keçib

«Azersun»un Biləsuvardakı konserv zavodu fasiləsiz iş rejiminə keçib
# 16 avqust 2011 09:22 (UTC +04:00)
Bakı – APA-Economics. Biləsuvardakı «Natural Greenland» konserv zavodu Mərkəzi Aran bölgəsində pomidor mövsümü ilə əlaqədar 24 saatlıq iş rejiminə keçib. Bu barədə «APA-Economics»ə zavodun sahibi «Azersun Holding»dən məlumat verilib.

Şirkətdə bildiriblər ki, bölgədə məhsuldarlığı nəzərə alaraq, fermerlərdən toplanan məhsulların birbaşa istehsala göndərilməsi üçün zavod iş həcmini və iş növbəsini artırıb.

Zavoddan bildiriblər ki, İmişli-Biləsuvar regionunda və yaxın ərazilərdə pomidor yetişdirən fermerlər 1 kiloqramı 9 qəpik olmaqla məhsullarını zavoda təhvil verə bilər.

Ötən ildən fəaliyyət göstərən və tarlada yerləşən «Natural Greenland» konserv zavodunda mürəbbə, tomat pastası, tərəvəz turşuları, kompot istehsal olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR