Bank Of Baku

Azərbaycanda meyvə-tərəvəz emalı sektoru üçün 20 mln. dollar güzəştli kredit ayrılıb

Azərbaycanda meyvə-tərəvəz emalı sektoru üçün 20 mln. dollar güzəştli kredit ayrılıb
# 18 avqust 2011 13:09 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. «2008-2015-ci illərdə Azərbaycanda əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı»na uyğun olaraq indiyədək müasir texnologiyalara əsaslanan 8 meyvə-tərəvəz emalı müəssisəsinə İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 16,6 mln. manat həcmində güzəştli kredit verilib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, illik emal gücü 56,4 min ton olan bu layihələrdən 4-ü başa çatıb, 4 layihənin icrası isə davam edir. İstifadəyə verilmiş müəssisələrdən Xaçmaz rayonunda yerləşən «Qafqaz Konserv Zavodu» 2011-ci ilin ötən dövrü ərzində gündə 400-450 ton olmaqla 13 min ton, Biləsuvar rayonunda yerləşən «Biləsuvar Konserv Zavodu» gündəlik 400 ton olmaqla 8 min ton və Lənkəran şəhərində yerləşən «Lənkəran Konserv Zavodu» gündə 250-300 ton olmaqla 3 min ton pomidor qəbul edib. Meyvə-tərəvəz mövsümi ilə əlaqədar fermerlərin tələbatını və rahatlığını təmin etmək məqsədilə bu müəssisələr 24 saatlıq iş rejimində fəaliyyət göstərir.

Bununla yanaşı, Quba-Xaçmaz bölgəsində meyvə emalını dəstəkləmək məqsədilə Quba rayonunda yerləşən «SAF» MMC-yə məxsus meyvə emalı müəssisəsinin illik istehsal gücü güzəştli kreditlər hesabına 18 min tona çatdırılıb və bu mövsüm fasiləsiz işləməsi üçün yanacaqla təmin olunmasına köməklik göstərilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR