Bank Of Baku

Azərbaycan siqaret istehsalını 10% azaldıb

Azərbaycan siqaret istehsalını 10% azaldıb
# 24 avqust 2011 10:18 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycanda istehsal olunan papiros və siqaretlərin həcmi ötən ilin analoji dövrünə nisbətən 9,9% azalıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, əgər ötən ilin ilk yeddi ayı ərzində ölkədə 1 266,7 mln. ədəd siqaret və papiros istehsal olunmuşdursa, cari ilin eyni dövründə bu göstərici 9,9% azalaraq 1 141,8 mln. ədəd olub.

Hesabat dövründə həmçinin ölkədə 1 596,7 ton fermentləşdirilmiş tütün istehsl olunub ki, ötən ilin yanvar-iyul ayları ilə müqayisədə bu göstərici 42,3% artıb.

Qeyd edək ki, cari ilin avqustun 1-nə müəssisələrin anbarlarında 90,4 mln. ədəd papiros və siqaretlərin hazır məhsul ehtiyatı olub. Bu da ötən ilin analoji dövründəkindən 1% azdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR