Bank Of Baku

İmişli Şəkər Zavodu şəkər çuğundurunun qəbul qiymətlərini artırıb

İmişli Şəkər Zavodu şəkər çuğundurunun qəbul qiymətlərini artırıb
# 25 avqust 2011 07:52 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. «Azərsun» şirkətinin İmişli Şəkər Zavodu şəkər çuğunduru əkinlərinə olan marağı artırmaq məqsədilə Şəkər Bayramı keçirib.

Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, İmişli rayonunda keçirilən bayram çərçivəsində yüksək məhsuldarlıq əldə edən 379 mülkiyyətçinin hər birinə 50-100 kq olmaqla ümumilikdə 20 ton şəkər tozu hədiyyə olunub.

Eyni zamanda, zavod tərəfindən şəkər çuğundurunun qəbul qiymətləri artırılaraq 1 tonu 48 manata qaldırılıb. Nəticədə, mülkiyyətçilər hər hektardan 1,3-2 min manat arasında təmiz gəlir əldə edib.

Qeyd edək ki, 2011-ci ildə 3 minədək torpaq mülkiyyətçisi ilə istehsal müqaviləsi bağlanıb və 5,5 min hektar ərazidə şəkər çuğunduru əkilib. Bu sahələrdən 850 hektarı cəbhə xəttində yerləşir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR