Bank Of Baku

Azərbaycan araq və pivə istehsalını artırıb

Azərbaycan araq və pivə istehsalını artırıb
# 25 avqust 2011 08:51 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-iyul aylarında Azərbaycanda 3 597,9 min dekalitr spirtli içki istehsal olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,2% çoxdur.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə ölkədə 9,6 min dekalitr şampan şərabı, 486,7 min dekalitr araq, 346,4 min dekalitr üzüm şərabı, 2 715,6 min dekalitr pivə və 39,6 min dekalitr brendi (konyak) istehsal edilib: «Ötən ilin yanvar-iyul aylarına nisbətən şampan şərabının istehsalı 43,5%, üzüm şərabının istehsalı 5,1%, brendi istehsalı 19% azalıb, araq istehsalı 1,5%, pivə istehsalı isə 3,5% artıb».

Bununla yanaşı, cari ilin ilk yeddi ayında Azərbaycanda 12,407 mln. dekalitr alkoqolsuz içkilər istehsal olunub ki, bu da ötən ilin yanvar-iyul aylarına nisbətən 7,1% çoxdur.

Qeyd edək ki, hesabat dövründə ölkədə spirtli içkilərin hazır məhsul ehtiyatı 868,7 min dekalitr, alkoqolsuz içkilərin məhsul ehtiyatı isə 915,2 min dekalitr təşkil edib. Ötən ilin analoji dövrünə nisbətən spirtli içkilərin hazır məhsul ehtiyatı 32%, alkoqolsuz içkilərin ehtiyatı isə 4% artıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR