Bank Of Baku

Azərbaycan corab istehsalını 55% artırıb

Azərbaycan corab istehsalını 55% artırıb
# 25 avqust 2011 14:35 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin ilk yeddi ayı ərzində Azərbaycanda toxuculuq, geyim, dəri, dəridən məmulatlar və ayaqqabı istehsalı ilə məşğul olan müəssisələr tərəfindən 41 mln. manatlıq və ya ötən ilin eyni dövrünə nisbətən 28% çox məhsul istehsal olunub.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə əsas məhsullardan 1,1 min ton pambıq lifi, 6,3 min ton pambıq iplik, 850 kv. metr xalça və xalça məmulatları, 2,5 mln. cüt corab məmulatları, kişi və oğlanlar üçün 43,7 min ədəd kostyumlar və s. məhsullar istehsal edilib. Nəticədə, pambıq lifinin istehsalı 3,5 dəfə, xalça və xalça məmulatları 29%, kişi və oğlanlar üçün kostyumların istehsalı 39% azalıb, pambıq iplik istehsalı 2,7 dəfə, corab məmulatları isə 55,3% artıb.

Qeyd edək ki, 2011-ci il avqustun 1-nə sahə müəssisələrinin anbarlarında 16,6 mln. manatlıq və ya ölkə sənayesi üzrə olan hazır məhsul ehtiyatının 6,5%-i qədər hazır məhsul qalığı olub. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 16,1% çoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR