Bank Of Baku

Türkiyənin toxumçuluq şirkətləri Azərbaycana gəlir

Türkiyənin toxumçuluq şirkətləri Azərbaycana gəlir
# 26 avqust 2011 13:22 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Türkiyənin toxumçuluq şirkətlərinin nümayəndələri 2011-ci ilin sentyabrın 4-8-də Azərbaycana səfər edəcəklər.

Türkiyənin Azərbaycandakı səfirliyindən «APA-Economics»ə verilən məlumata görə, nümayəndə heyətinə Türkiyə Toxum Sənayesi və İstehsalçıları Birliyinin (TSÜAB), eləcə də dənli bitkilər (buğda, arpa, yulaf və s.), sənaye bitkiləri (günəbaxan, qarğıdalı, pambıq və s.) toxumu və digər toxum istehsalı sahəsində fəaliyyət göstərən 24 şirkətin təmsilçiləri daxildir.

Səfər zamanı Azərbaycanda toxumçuluq sahəsində fəaliyyət göstərən şirkətlərlə simpozium və ikitərəfli görüşlər də keçiriləcək. Tədbir sentyabrın 5-də Bakı keçiriləcək. Azərbaycanda toxumçuluq sektorunda fəaliyyət göstərən şirkət nümayəndələrinin bu proqramda iştirakı sərbəstdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR