Bank Of Baku

Azərbaycan buğda idxalını azaldıb

Azərbaycan buğda idxalını azaldıb
# 27 avqust 2011 12:26 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin ilk yarısında Azərbaycan ümumi məbləği 138 mln. ABŞ dolları təşkil edən 506,5 min ton buğda idxal edib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, yanvar-iyun aylarında ölkəyə idxal olunan buğdanın dəyərinin 19,1% artmasına baxmayaraq, həcmi 11,2% azalıb.

Qeyd edək ki, cari ilin ilk yeddi ayı ərzində Azərbaycan 1,6 mln. ton payızlıq və yazlıq buğda istehsal edib.

Xatırladaq ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Material Ehtiyatları Agentliyi Dövlət Taxıl Fondu üçün ölkədə istehsal olunmuş yüksək keyfiyyətli buğdanın tədarükü çərçivəsində avqustun 12-dən etibarən yerli buğda istehsalçılarından alınan yüksək keyfiyyətli buğdanın hər 1 tonu üçün alış qiyməti 230 manatdan 250 manata qaldırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR