Bank Of Baku

Türkiyənin toxumçuluq şirkətləri Azərbaycana gəlib

Türkiyənin toxumçuluq şirkətləri Azərbaycana gəlib
# 05 sentyabr 2011 11:42 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Bu gün Bakıda Türkiyə və Azərbaycan nümayəndələrinin iştirakı ilə toxumçuluq mövzusunda simpozium keçirilib. Tədbir Türkiyənin toxumçuluq şirkətlərinin Azərbaycana səfəri çərçivəsində baş tutub. Nümayəndə heyətinə Türkiyə Toxum Sənayesi və İstehsalçıları Birliyinin (TSÜAB) nümayəndələri, eləcə də dənli bitkilər (buğda, arpa, yulaf və s.), sənaye bitkiləri (günəbaxan, qarğıdalı, pambıq və s.) toxumu və digər toxum istehsalı sahəsində fəaliyyət göstərən 41 şirkətin təmsilçiləri daxildir.

«APA-Economics»in məlumatına görə, tədbirdə toxumçuluq fəaliyyətinin müasir kənd təsərrüfatında mühüm sahə olduğu vurğulanıb. TSÜAB-ın rəhbəri İlhami Özcan Aygün bildirib ki, hazırda Türkiyədə 550 toxumçuluq şirkəti fəaliyyət göstərir, ölkədən xaricə toxum ixracı isə 100 mln. dollar təşkil edir. Qarşıdakı illərdə bu rəqəmin 500 mln. dollara qaldırılması nəzərdə tutulub.

Türkiyə Kənd Təsərrüfatı Nazirliyi əkinçilik şöbəsinin rəhbəri Mətin Kayçıoğlu isə bildirib ki, yaxın 100 ildə dünyada ərzaq təhlükəsizliyi ilə bağlı situasiya toxumçuluq sənayesinin vəziyyətindən asılı olacaq.

Türkiyənin toxumçuluq şirkətlərinin iştirakı ilə keçirilən tədbirin Azərbaycanın kənd təsərrüfatında inqilabi dəyişikliklərə və inkişafa səbəb olacağını bildirən kənd təsərrüfatı nazirinin müavini Bəhram Əliyev səfər zamanı qurulacaq əlaqələrin ölkədə toxumçuluq sisteminin yaradılmasına böyük dəstək olacağı vurğulayıb. Hazırda Azərbaycanda ərzaq təhlükəsizliyi ilə bağlı məsələlərə böyük önəm verildiyini, bununla bağlı ciddi qərarların qəbul edildiyini bildirən nazir müavininin sözlərinə görə, toxumçuluğun inkişafına böyük diqqət yetirilir.

Səfər zamanı tərəflər arasında əməkdaşlıq haqqında protokolun imzalanması da gözlənilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR