Bank Of Baku

Belarusda çörək və süd məhsulları son bir ayda ikinci dəfə bahalaşıb

Belarusda çörək və süd məhsulları son bir ayda ikinci dəfə bahalaşıb
# 06 sentyabr 2011 10:36 (UTC +04:00)
Bakı - APA-Economics. Belarus İqtisadiyyat Nazirliyi çörək və süd məhsullarının satış qiymətini 5% qaldırmağa qərar verib.

APA-Economics”in xəbərinə görə, qatıq, xama, kəsmik, süd və çörəyin qiyməti sonuncu dəfə avqustun sonunda artırılıb. O zaman da artım 5% təşkil edib.

Bundan başqa, sentyabrın ortalarından etibarən hökumət ictimai nəqliyyatda gediş haqqını yenidən artırmağı planlaşdırır. Halbuki son bahalaşma cəmi bir ay əvvəl baş verib.

Qeyd edək ki, bu il sentyabrın 1-dən Belarusda mənzil-kommunal təsərrüfatı xidmətləri (soyuq su, kanalizasiya və lift) 10-26%, avqustun 1-dən istilik təchizatı və təbii qaz 10% bahalaşıb. Bahalaşmaya səbəb son 10 ildə ölkədə inflyasiyanın rekord həddə (47,6%-ə) çatmasıdır. Nəticədə may ayının sonunda Belarus Milli Bankı milli valyutanı devalvasiya etmək və onun dollara münasibətdə kursunu 56% endirmək məcburiyyətində qalıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR