Bank Of Baku

Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri avqustda bahalaşıb

Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri avqustda bahalaşıb
# 06 sentyabr 2011 14:50 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin avqust ayında Azərbaycanda birillik və ikiillik bitkilərin istehsalçı qiymətlərinin 0,4%, çoxillik bitkilərin 0,1%, diri heyvanlar və heyvandarlıq məhsullarının istehsalçı qiymətlərinin 0,2% artması nəticəsində satılmış kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 0,3% bahalaşıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, birillik bitkilərdən qabıqdan çıxarılmış, qurudulmuş paxlalı tərəvəzlərin istehsalçı qiymətləri 0,3%, qarğıdalının 1,4%, buğdanın 2,8%, yaşıl paxlalı tərəvəzlərin 37,3%, bibərin 4,2%, pomidorun və badımcanın müvafiq olaraq 1,5% və 5,5%, göyərtilərin və xiyarın 4%, süfrə çuğundurunun 6%, yemişin 9,5%, yoncanın istehsalçı qiymətləri 3,8% bahalaşıb, arpanın istehsalçı qiymətləri 1,7%, kələmin 0,8%, soğanın 4,9%, kartofun 3,4%, qarpızın 2,3%, quru otun istehsalçı qiymətləri isə 12,8% ucuzlaşıb.

«Çoxillik bitkilərdən almanın istehsalçı qiymətləri 0,7%, armudun 3,1%, gavalının 2,7%, şaftalının 11,8%, zoğalın 7,3%, böyürtkənin 5,6%, fındığın istehsalçı qiymətləri isə 7,5% ucuzlaşıb. Bu ucuzlaşma ilə yanaşı avqust ayı ərzində çoxillik bitkilərdən əriyin istehsalçı qiymətlərində 2,3%, albalının istehsalçı qiymətlərində isə 6,2% bahalaşma müşahidə olunub», - deyə Komitədən bildirilib.

Bununla yanaşı, avqust ayında diri heyvanlar və heyvandarlıq məhsullarından inəyin istehsalçı qiymətləri 0,8%, erkək buzovun 1,2%, ana qoyunun 0,3%, diri keçilərin 0,8%, inək südünün və camış südünün müvafiq olaraq 2,7% və 0,2%, yuyulmamış zərif yunun istehsalçı qiymətləri 0,5% ucuzlaşıb, camışın istehsalçı qiymətləri 1,4%, 1 yaşadək quzunun 2,6%, diri ev quşlarının 1%, toyuq yumurtalarının 1,6%, balın istehsalçı qiymətləri isə 0,2% bahalaşıb.

«Avqust ayı ərzində balıq və sair balıqçılıq məhsullarından diri balığın istehsalçı qiymətlərində isə 14,5% ucuzlaşma müşahidə olunub», - deyə Komitədən bildirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR