Bank Of Baku

Qəbələdə XI Beynəlxalq Pestisid Forumu keçirilir

Qəbələdə XI Beynəlxalq Pestisid Forumu keçirilir
# 07 sentyabr 2011 08:57 (UTC +04:00)
Qəbələ. Elvin Yaqubov - APA. Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Beynəlxalq Pestisid Assosiasiyasının (İHPA) təşkilatçılığı ilə sentyabrın 7-də Qəbələdə XI Beynəlxalq Pestisid Forumu başlayıb. APA-nın məlumatına görə, forumda 40-dan çox ölkəni təmsil edən 120-dən artıq ekspert iştirak edir.

Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov çıxışında ölkədə ekoloji vəziyyətin sağlamlaşdırılması məqsədilə su ehtiyatlarının çirklənməsinin qarşısının alınması, Xəzər dənizinin çirklənmədən qorunması, biomüxtəlifliyin mühafizəsi, yaşıllıqların artırılması, neft və digər tullantılarla çirklənmiş torpaqların reabilitasiyası, bərk sənaye və məişət tullantılarının, eləcə də təhlükəli tullantıların tələb olunan səviyyədə idarə olunması istiqamətlərində məqsədyönlü tədbirlərin həyata keçirildiyini bildirib. O, yaxın 8-10 ilə Azərbaycanda pestisid-üzvi kimyəvi tullantılarla bağlı problemlərin həll olunacağına inandığını deyib.

Üç gün davam edəcək XI Beynəlxalq Pestisid Forumu Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin, Niderland Krallığının, Davamlı Üzvi Çirkləndiricilərə dair Mərkəzi və Şərqi Avropa Regional Mərkəzinin (RECETOX), Çexiyanın Brno şəhərinin Masarik Universitetinin və Almaniyanın Federal Ətraf Mühit Agentliyinin (UBA) dəstəyi ilə keçirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR