Bank Of Baku

Bakıda “Qafqazın erkən əkinçilik mədəniyyətləri” mövzusunda beynəlxalq konfrans keçiriləcək

Bakıda “Qafqazın erkən əkinçilik mədəniyyətləri” mövzusunda beynəlxalq konfrans keçiriləcək
# 08 sentyabr 2011 12:49 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Noyabrın əvvəlində Bakıda “Qafqazın erkən əkinçilik mədəniyyətləri” mövzusunda beynəlxalq konfrans keçiriləcək. Bu barədə APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun direktor müavini Nəcəf Müseyibli məlumat verib. Onun sözlərinə görə, beynəlxalq konfransda Rusiya, Türkiyə, Fransa, Yaponiya və Almaniyadan mütəxəssislər iştirak edəcək. N. Müseyibli deyib ki, konfransda müzakirə ediləcək mövzu ilə bağlı Azərbaycanda çoxlu tədqiqatlar aparılıb. Konfrans aparılan tədqiqatları ümumiləşdirməyə kömək edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR