Bank Of Baku

Azərbaycanda taxıl yığımı 24% artıb

Azərbaycanda taxıl yığımı 24% artıb
# 09 sentyabr 2011 10:15 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Bu il Azərbaycanda taxıl yığımı ötən ilə nisbətən 24% artıq olub. «APA-Economics»in məlumatına görə, bu barədə Kənd Təsərrüfatı Nazirliyinin bitkiçilik məhsullarının yığımı haqqında məlumatında deyilir.

Məlumata əsasən, 2011-ci il sentyabrın 1-i vəziyyətinə payızlıq və yazlıq dənli və dənli paxlalı bitkilər əkilən sahələrin 99,76%-də məhsul yığımı başa çatıb. 931,5 min hektar sahədən 2 mln. 301,7 min ton məhsul yığılıb ki, bu da ötən ilə nisbətən 23,9% artıqdır.

Bu dövrdə məhsuldarlıq hər hektardan 24,7 sentner olub ki, bu da ötən ilki göstəricidən 24,1% artıqdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR