Bank Of Baku

Azərbaycanın Gədəbəy rayonunda kartof emalı fabriki tikilir - FOTO

Azərbaycanın Gədəbəy rayonunda kartof emalı fabriki tikilir - <font color=red>FOTO</font>
# 12 sentyabr 2011 11:36 (UTC +04:00)
Bu barədə “APA- Economics”ə Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı Kamran Rzazadə açıqlama verib. O bildirib ki, fabrik yaxın vaxtlarda istifadəyə veriləcək: “Bu fabrikin tikintisi üçün Hollandiyadan dünyanın ən müasir avadanlıqları gətirilib və artıq quraşdırılır. Bu fabrikdə xüsusi kartof anbarı, yəni soyuducu anbar tikiləcək və onun 10 min ton tutumu olacaq”.

K. Rzazadə vurğulayıb ki, sözügedən fabrikdə 30-a qədər fabrikat və yarimfabrikatlar buraxılacaq və müəssisədə 100-ə qədər fəhlə işləyəcək: “Bizdə kartof çox istehsal olunur, amma primitiv üsulla saxlandığından məhsulun çoxu xarab olurdu. Amma fabrik fəaliyyətə başlayandan sonra soyuducu kameralarda kartofun saxlama müddəti 2 il olacaq və Gədəbəy kartofunu istənilən vaxtı bazara çıxarmaq mümkün olacaq”.

Gədəbəy kartofunun bir marka olduğunu diqqətə çatdıran K. Rzazadə əsasən paytaxt bazarlarında bu adla satışa çıxarılan kartofun çox hallarda əslində başqa regionlara məxsus olduğunu vurğulayıb: “Gədəbəy bir çox ərzaq növü və qızılı ilə məşhurdur. Bizim rayonda bir dəfə kartofu, pendiri, balı, əti dadan insanlar, mütləq şəkildə növbəti dəfə də Gədəbəyə gəlirlər. Gədəbəy kartofunun adından istifadə olunması halı sözsüz ki, yaxşı hal deyil. Amma bu bizim bazara elə də təsir etmir”. Gədəbəy rayon icra hakimiyyətinin başçısı gələcək üçün Gədəbəy kartofunun beynəlxalq bazara çıxarılması yönündə addımların atılacağını da açıqlayıb.

K. Rzazadə bununla yanaşı, rayonda süd emalı zavodunun da tikildiyini qeyd edib: “Bizim rayonda mal-qara, qoyun hədsiz inkişaf edib. Gədəbəy bu gün respublikanın 50 faizini ətlə, südlə təmin edir. Gədəbəydə olan qızıl zavodunun özü də turizm marşrutu üçün ən əlverişli sahələrdən biridir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR