Bank Of Baku

Sabahdan Bakıda arıçılıq məhsullarının sərgi-satış yarmarkası keçiriləcək

Sabahdan Bakıda arıçılıq məhsullarının sərgi-satış yarmarkası keçiriləcək
# 19 sentyabr 2011 15:51 (UTC +04:00)
Kənd Təsərrüfatı Nazirliyindən «APA-ECONOMICS»ə verilən xəbərə görə, sayca 10-cu olan bu sərgi-yarmaka paytaxtın Xətai rayonu ərazisində (“Əhmədli” metrosunun yaxınlığında yerləşən «Bakı» kinoteatrının qarşısında) keçiriləcək.

Yarmarka oktyabrın 5-dək hər gün səhər saat 9.00-dan axşam saat 19.00-dək davam edəcək. Yarmarkada 42 rayondan arı təsərrüfatı və yüksək keyfiyyətli bal məhsulu olan 150 nəfər arıçı iştirak edəcək.

Arıçıların, ziyalıların və xüsusilə də müharibə veteranlarının təklifləri nəzərə alınaraq, yarmarkada sağlam balın qiyməti tənzimlənəcək. 1 kq balın 15 manata satılması nəzərdə tutulur. Bu qiymətlə razılaşmayan arıçılar yarmarkaya buraxılmayacaq və onlar öz arıçılıq məhsullarını Bakı şəhərinin bazarlarında istədikləri qiymətə satmaq imkanı qazanacaqlar.

Yarmarkaya saxtalaşdırılmış bal gətirilməsinin qarşısını almaq üçün yarmarkada iştirak edəcək arıçıları rayon icra hakimiyyətləri göndərəcəklər. Rayon icra hakimiyyətlərinin Kənd Təsərrüfatı Nazirliyinə təqdim etdiyi siyahılarında adları olmayan arıçılar yarmarkaya buraxılmayacaqlar.

Yarmarkada yalnız Azərbaycanda istehsal olunan bal satılacaq. Digər ölkələrdə, xüsusilə İranda istehsal olunan bal məhsulunun yarmarkada satışına imkan verilməyəcək.

Qeyd edək ki, sonuncu dəfə Bakıda arıçılıq məhsulları yarmarkası ötən ilin noyabr ayında keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR