Bank Of Baku

Azərbaycan kənd təsərrüfatı və ərzaq məhsullarının sertifikatlaşdırılması sahəsində Argentina ilə əməkdaşlıq edəcək

Azərbaycan kənd təsərrüfatı və ərzaq məhsullarının sertifikatlaşdırılması sahəsində Argentina ilə əməkdaşlıq edəcək
# 21 sentyabr 2011 12:11 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Argentinanın kənd təsərrüfatı, heyvandarlıq və balıqçılıq nazirinin müavini Lorenzo Bassonun rəhbərlik etdiyi nümayəndə heyəti Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənovla görüşüb.

«APA-Economics»in məlumatına görə, görüşdə komitənin fəaliyyəti, keyfiyyət infrastrukturunun müasir dünya standartlarına uyğunlaşdırılması barədə məlumat verən R.Həsənov bu sahədə Argentina ilə də əməkdaşlığın zəruri olduğunu qeyd edib.

Nazir müavini Lorenzo Basso Azərbaycanda şahidi olduğu iqtisadi inkişafdan, infrastruktur layihələrinin icrasından məmnun olduğunu, ölkələr arasında qarşılıqlı əməkdaşlıqda maraqlı olduqlarını söyləyib. Nazir müavini kənd təsərrüfatı məhsullarının keyfiyyət təminatına nəzarət, lisenziya və sertifikatların verilməsi, standartlaşdırma və patentləşdirmə əməliyyatları sahəsində Komitə ilə əməkdaşlıq niyyətlərinin olduğunu qeyd edib.

Görüşün sonunda sahələr üzrə ikitərəfli saziş layihəsinin hazırlanması və təcrübə mübadiləsi aparmaq məqsədilə qarşılıqlı səfərlərin həyata keçirilməsi qərara alınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR